#azerbaycanbakuold

-´Yapma Kızım Ya😐😯,
İnsanların qururu aLçaTmaq\😕.
Admin
#agarzaeff😎 #azerbaycanbakuold #azeaktive #aztagram #like4like #unufollow

45💬

@azerbaycan.news 🚩Yanvarın 13-də yerli və xarici məşhurların iştirak etdiyi dəbdəbəli toyun səbəbkarları məlum olub. “Böyük Saray”da keçirilən və Murad Boz, Fərhad Köçər, Leonid Aqutinin qatıldığı gecə sosial şəbəkələrdə geniş müzakirə olunub. Türkiyə mediası toyun sahibini azərbaycanlı iş adamı kimi təqdim edib. “Qafqazinfo” toyla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, toyun səbəbkarları Güləndam Əhmədzadə və Fərrux Həsənovdur.
Onların valideynlərinin kimliyi ilə bağlı məlumat verilmir. Hətta, toya dəvət olunan məşhurlara bu barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Türkiyə mətbuatı Muradın Bakıdakı toydan aldığı qonorarın miqdarı barədə məlumat yayıb. Bildirilik ki, Boz azərbaycanlı iş adamından toyda iştrirak müqabilində 400 min dollar ( təxminən 700 min AZN) pul alıb.
İddia olunub ki, pop ulduz Türkiyədən Azərbaycana özəl təyyarə ilə gəlib. *** "Qafqazinfo"ya daxil olan məlumata görə, bəyin atası Fərhad Həsənov Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayeva isə "Moskva" univermağının sahibəsidir.
Həmçinin, gəlinin Qaxda tanınmış nəslin təmsilçisi olduğu bildirilir. *** Toy sahiblərinin yaxınları "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildiriblər ki, türkiyəli sənətçilərin xəbərdə qeyd olunduğu kimi 400 min dollara toya dəvət olunmaqları yalandır. Əlavə edilib ki, bu qiymət dəfələrlə şişirdilmiş və qeyri-ciddi informasiyadır. Lakin onlar sənətçilərin hansı qiymətə toya dəvət edildiklərini açıqlamayıblar. #azerbaycannews#azerbaycanbakuold#repost#sonxeberler#bakuold

23💬

Loading...

@azerbaycan.news 🚩Atlantik, Sakit və Hind okeanı sahillərindəki bütün limanlar, ölkələr ona doğmadır. 32 illik dənizçilik həyatı kapitanı doğma sulardan ayrı salsa da həyatda çox şey öyrədib. Fədakarlıq və vəfa tələb edən bu peşənin sahibi hər bir çətin işin öhdəsindən zamanında və düzgün şəkildə gəlməyi bacarıb. Həmişə daşıdığı əmanətin müqəddəsliyini, gəminin isə namusu olduğunu yaxşı dərk edib.
Günün bu günü də dənizin həsrətini çəkir. Elə buna görə də 72 yaşlı Muxtar Axundov hər gün Xəzərin sahilində səhər-axşam yürüşünə çıxır. Tələbə yoldaşlarını, onlarla keçirdiyi günləri, baş verən hadisələri tarixinə və gününə kimi dəqiq xatırlayır.
Beləliklə bu dəfə “Qafqazinfo”nun həmsöhbəti uzaq səfərlər kapitanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi sədrinin məsləhətçisi Muxtar Axundovdur:

4💬

@azerbaycan.news 🚩Çin Hava Yollarına məxsus, Pekin-Tbilisi reysini həyata keçirən və göyərtəsində 5 erməninin olduğu (onlardan 3-ü Ermənistan vətəndaşları olub) təyyarə yanvarın 8-də Bakıda təcili eniş edib. “Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bunu təyyarənin sərnişini İda Mnatsakanyan deyib və əlavə edib ki, 5 erməninin arasında 5 yaşlı uşaq da olub. “Üç gün əvvəl Pekin-Tbilisi reysi ilə uçan təyyarə, ekipaj üzvlərinin dediyinə görə, səmada bir neçə dəfə dövrə vursa da, qatı duman səbəbindən Gürcüstan paytaxtına enə bilməyib. Buna görə də təyyarə Bakı aeroportuna enmək məcburiyyətində qalıb”, - deyə o bildirib. “Bakı aeroportunun əməkdaşı bizə yaxınlaşdı, dedi ki, o bizim erməni olduğumuzdan xəbərdardır. Öz pasportlarımızı təyyarədə qoymağı və neytral zonaya keçməyi təklif etdi. Biz elə də etdik. Uşağın və ərimin pasportlarını təyyarədə qoyduq, mən pasportumu, uşağım və özüm ABŞ vətəndaşı olduğumuz üçün, özümlə götürdüm. Ərim isə Ermənistan vətəndaşıdır. Biz 12 saat Bakı aeroportunda olduq. Bizə verdikləri yerdə yalnız biz-ermənilər idik”, -sərnişin vurğulayıb.

Mnatsakanyan həmçinin bildirib ki, Bakıdan dərhal Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanla əlaqə yaradılıb və o, erməni mənşəli ABŞ vətəndaşları haqqında Vaşinqtonu xəbərdar edib.

Qeyd edək ki, onlar Bakıdan Tbilisiyə məcburi enişdən 12 saat sonra çatıblar. #azerbaycannews#azerbaycanbakuold#repost#sonxeberler#bakuold#terroristarmenia

2💬

Loading...

@azerbaycan.news 🚩Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr siyahısına daxil etməsinə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, XİN nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, buna səbəb Azərbaycanın bir neçə beynəlxalq idman, mədəniyyət yarışlarına uğurla ev sahibliyi etməsi olub: “Bunu o adamlar yaza bilər ki, heç vaxt Bakıda olmayıblar. Mən dəfələrlə və böyük məmuniyyətlə Azərbaycana səfər etmişəm. Bakını gəzmişəm, tarixi mərkəzlərə, restoranlara, muzeylərə getmişəm. Turistlərə Bakıya getməməklə bağlı xəbərdarlıq etmək tam cəfəngiyyatdır.
Bunu o adam yaza bilər ki, Azərbaycan, onun mədəniyyəti, siyasi reallığı haqda təsəvvürü yoxdur. O insanlar çətin ki, Azərbaycanın xəritədə harada yerləşdiyini tapa bilsinlər”. #azerbaycannews#azerbaycanbakuold#repost#sonxeberler#bakuold#rusiya#russia#america

14💬

@azerbaycan.news 🚩175 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. “Qafqazinfo” Bakı Nəqliyyat Agentliyinin saytına istinadən xəbər veri ki, yanvar ayının 13-dən etibarən “BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək.

Dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir. Belə ki, 06.01.2018 tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib.

Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. 13.01.2018 tarixindən bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 May” metrostansiyasınadək hərəkət edəcək. #sonxeberler#azerbaycannews#azerbaycanbakuold#repost#sonxeberler#175nomreliavtobus#bakubus

1💬

@azerbaycan.news 🚩Turkiyenin deyerli aktyoru Münir Özkul kecdiyimiz gunlerde heyatini itirdi.Allahdan deyerli aktyormuza Rehmet dileyirik.Turkiye qeder Olkemizde de sevilen deyerli aktyormuzun Ruhunu derin huzunle yad edirik🇹🇷🇦🇿Kimler izleyib filmlerini ? ⤵️ #baku_old #azerbaycannews#azerbaycanbakuold#repost #munirozkul

3💬

Loading...

@azerbaycan.news 🚩BBC teleşirkətinin Çin bürosunun rəhbəri Kerri Qreysi kişi həmkarları ilə müqayisədə qeyri-bərabər əmək haqqına etiraz əlaməti olaraq istefa verib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, BBC-də iş təcrübəsi 30 ili keçən Qreysi şirkətin Pekin bölməsinə 4 il əvvəl başçılıq edib. Yarım il əvvəl BBC əməkdaşlarının əmək haqları dərc edildikdə isə Qreysi öyrənib ki, şirkətin Şimali Amerika və Yaxın Şərq bürolarına rəhbərlik edən kişi həmkarlarından 50 faiz az maaş alır: “Sevdiyim BBC-də 30 il ərzində şirkətlə bağlı heç vaxt tənqidi fikir söyləməmişəm. Sadəcə istəyirəm ki, BBC qanuna riayət etsin və qadınlarla kişiləri bərabər səviyyədə qiymətləndirsin. Hər şeyin bir həddi var. Mən Pekin bürosunu tərk edirəm”. #azerbaycannews#azerbaycanbakuold#repost#sonxeberler

0💬

@azerbaycan.news 🚩Azərbaycanın tanınmış müğənnisi Niyam Salami ölkəni tərk edir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sənətçi 10 gündən sonra Türkiyənin Bodrum şəhərinə köçəcək.
Niyam sözügedən şəhərdə biznesmen olmaq qərarına gəlib. Belə ki, o, Bodrumda restoran açmaq niyyətində düşüb.
Salami Bakıdan gedən zaman öz sənətindən uzaqlaşmayacaq, sahibi olduğu məkanda səhnəyə çıxaraq mahnı oxumağa davam edəcək. #azerbaycannews#azerbaycanbakuold#repost#sonxeberler#bakuold

4💬

@azerbaycan.news 🚩Türkiyədə yaşayan ANS-in keçmiş siması Gülnarə Məmmədova övladını itirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə teleaparıcının özü sosial şəbəkədə məlumat yayıb.

Gülnarə status yazaraq qız övladının vəfat etdiyini qeyd edib: “Qızım sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Hər zaman mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən.

Yanımda olsan da, olmasan da, məndə qoyduğun və heç silinməyən iz buraxan imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə getdiyim açarımsan. Sən mənim canımsan, qanımsan, bircə qızımsan...” Xatırladaq ki, Gülnarə ötən il, yəni dekabrın əvvəlində ana olub.
Qeyd edək ki, aparıcı 2015-ci ildə Özgür adlı türkiyəli iş adamı ilə evlənib. #azerbaycannews#azerbaycanbakuold

28💬

Loading...

@azerbaycan.news 🚩“Samsung” şirkətinin Niderland bölməsi konkisürmə idman növündə çıxış edən idmançılara məşqlər zamanı nəticələri yaxşılaşdırmağa imkan verəcək “ağıllı” kostyumlar təqdim edib. “SmartSuit” adlanan kostyumların hər biri idmançının bədəninin vəziyyətini real vaxt rejimində izləyən yüksək həssaslığa malik 5 ötürücü ilə təchiz olunub. Ötürücülərin dəqiqliyində səhv 2 millimetr təşkil edir. Əldə olunan məlumatlar “Galaxy S8” smartfonunda quraşdırılan xüsusi əlavəyə ötürülür. Həmin məlumatlar əsasında məşqçi idmançı haqqında müəyyən qərarlar qəbul edərək ona buzlu yolun keçilməsində sürətin artırılması ilə bağlı tövsiyələr verir.

Məşqçi, həmçinin mobil əlavədən kostyuma quraşdırılan kiçik vibromühərriklər vasitəsilə idmançının oynaq nahiyələrində vibrasiya yaradacaq siqnallar göndərə bilər. Bu halda idmançı sürətin optimallaşdırılması üçün harada ayaq və ya dirsəyin əyilməsinə düzəlişlərin edilməsini başa düşəcək. Kostyumlardan yalnız məşqlər zamanı istifadəyə icazə verilir. Olimpiya oyunlarında idmançılar adi geyimdə olacaqlar.

Xatırladaq ki, Qış Olimpiya Oyunları fevralın 9-15-də Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. #azerbaycannews#azerbaycanbakuold#repost#sonxeberler#samsung

0💬

@azerbaycan.news 🚩Tanınmış əkiz müğənnilər Sevil və Sevinc Səfərovaların estetik əməliyyatdan əvvəlki fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, instaqram səhifələrində paylaşılan şəkillər izləyicilər tərəfindən tənqid olunub, Səfərovaların keçmiş burunları məsxərəyə qoyulub.

Məşhur bacılar 1 milyon 300 minlik rəsmi instaqram səhifələrində tənqidlərə cavab veriblər. Onlar keçmişlərindən utanmadıqlarını qeyd ediblər:“Bütün səhifələrdə yazılanlara cavab verək. Keçmişimizdən utanırıqmı? Gözəl sualdır. Qətiyyən yox! Səbəbini sizə deyim. Təki bizi xarici görünüşümüzlə utandırasız. Mən demirəm ki, bunu paxıllıq edib yazırsız. Çünki kiməsə o hissi yaşatmaq üçün qeyri-adi heç nəyimiz yoxdur. İstənilən halda hər kəs estetik dəyişiklik edə bilər.

Edirsə də, özünü kompleksiz hiss etsin deyə belə addım atır. Allah bizi insan olaraq yaradıb, heyvan olaraq yox” Necə deyərlər: “Allah bərəkət verib, biz də hərəkət edirik”. Siz də 24 saat çalışın, nəticəsi çox sevindirici olacaq, inanın”. Qeyd edək ki, Səfərovalar 2014-cü ildə burun əməliyyatı keçiriblər. #azerbaycannews#azerbaycanbakuold#repost#sonxeberler#sevilsevinc

28💬

Loading...

@azerbaycan.news 🚩“Azərsu” ASC 19 yaşlı gəncin meyitinin onlara məxsus olan anbarda tapılmasına münasibət bildirib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya deyib ki, həmin anbar “Azərsu” ASC-yə məxsus deyil: “Anbardan Botanika bağının və Fəxri Xiyabanın ərazisinin suvarılması üçün istifadə edilir. Yəni, həmin anbardan əhaliyə su verilmir”. Xatırladaq ki, ötən il dekabrın 31-də 1989-cu il təvəllüdlü Tretyakov Vasili Sergeyeviçin meyiti Botanika bağı ərazisindəki "Azərsu" ya məxsus su anbarında tapıldığı iddia edilirdi. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. V. Tretyakovu meyiti aidiyyəti üzrə təhvil verilib. Onun əqli zəhətdən çatışmazlığı olub. #azerbaycannews#azerbaycanbakuold#azersu#sonxeberler#namelummeyit

9💬

Loading...

@azerbaycan.news Iranda keçən həftədən davam edən aksiyalara cavab olaraq hökümət yönümlü şəxslər də küçələrə çıxıb. "Qafqazinfo" xəbər verir ki, rejim tərəfdarlarının bu addımı vəziyyəti daha da çıxılmaz edib. Belə ki, bu səhər bir çox şəhərdə on minlərlə rejim tərəfdarı hökumətə dəstək olmaq və nümayişçilərə etiraz etmək üçün küçələrə axışıb.

Xatırladaq ki, dekabrın 28-dən bəri İranın bir çox iri şəhərlərində etiraz aksiyası keçirilir. Ölkə başçısı Həsən Ruhani bəyan edib ki, etirazlar daxili problemlərlə, həmçinin digər ölkələrin təhriki ilə baş tutub. #azerbaycannews#azerbaycanbakuold #repost#sonxeberler#iran

20💬

@azerbaycan.news 🚩Həbsdə olan jurnalist Əfqan Muxtarlının bacısı və uşaqları həlak olub. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.

Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.
Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.
Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır. Meyitlər tibbi müayinə olunmaq Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.
Qeyd edək ki, həyatını itirən N. Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı və qardaşı uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
İlkin ehtimala görə, ana və iki övladı dəm qazından zəhərlənib. Allah Rehmet Etsin #azerbaycanbakuold#repost#sonxeberler#azerbaycanbakuold#olumhadisesi#cinayet

3💬

@azerbaycan.news 🚩Millət vəkili Qənirə Paşayeva Taylandda səfərdədir. “Qafqazinfo” xəbər verir ki, səfər zamanı Q. Paşayeva Taylandın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləriilə görüşüb. Görüş zamanı millət vəkili Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə də bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə ətraflı məlumatlar verib.
Görüşün sonunda Qənirə Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirəningilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.#azerbaycannews#tailand#repost#sonxeberler31122017
#azerbaycanbakuold#milletvekili#qarabag#qenirepaşayeva

0💬

@azerbaycan.news 🚩Menim deyerli izleyicilerim Her birinizi Qarsidan gelen Yeni il Ve Hemreyylik gunu Munasibeti ile Semimi qelbden Tebrik edir Ve size saglam Xos gunler 🎄🎄🎄🎄🎄Arzu edirem Bayraminiz Mubarek Happy New Years #🎄2017 #2018 #happynewyears#azerbaycannew#azerbaycanbakuold

0💬

@azerbaycan.news 🚩Bu gün Azərbaycanın görkəmli müğənnisi, xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın doğum günüdür

Xalq artistinin 81 yaşı olur. Zeynəb Xanlarova 1936-cı ildə Bakıda dünyaya gəlib. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.
O, 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Zeynəb Xanlarova, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın bir çox ölkələrində konsertlər verib. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
O,1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artistidir. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır (1985). “Şöhrət” və “Heydər Əliyev”ordeni ilə təltif edilib. #azerbaycannews#azerbaycanbakuold#repost#sonxeberler#zeynebxanlarova #81yas

8💬